Ana Sayfa > Qərbi Azərbaycan > Bakı Sağlamlıq Mərkəzində “Müasir dövrdə pediatrik cərrahiyyə” adlı seminar baş tutdu
Bakı Sağlamlıq Mərkəzində “Müasir dövrdə pediatrik cərrahiyyə” adlı seminar baş tutdu16-02-2024, 22:51. Yazar: sevinc1 |
Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov gənc nəslin ağ xalatlı nümayəndələrilə öz dəyərli təcbülərini bölüşərək, onlara ağ xalatın dəyərini və şərəfini qorumağın vacibliyindən bəhs etdi. Azərbaycanda hər sahədə olduğu kimi, tibb sahəsində də gənc kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldığını vurğulayaraq bildirdi ki, insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması yolunda Bakı Sağlamlıq Mərkəzi böyük işlər görür. Mərkəzimizdə rezidentlərin və tələbələrin elmi tədqiqat fəalliyyətinə cəlb etmək, rezidentura təhsilinin keyfiyyətini artırmaq üçün silsilə konfrans, seminar və kurslar keçirildiyini xüsusi olaraq qeyd etdi. Sonra Mərkəzimizin uşaq cərrahiyyəsi şöbəsinin rəhbəri t.ü.f.d. Toğrul Ömərov spiker olduğu seminarda “Qasıq yırtığı”, “Hidronefroz”, “Kriptorxizm”, “Hipospadiya”, “Exinokok kistası” və s kimi bir çox diaqnoz ilə icra etdiyi əməliyyatlar haqqında təqdimatlar edərək, seminar iştirakçılar ilə öz təcrübələrini bölüşdü. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Azərbaycan Tibb Universitetinin tələbərinin qatıldığı seminar böyük iştirakçı kütləsini əhatə edirdi. Bakı Sağlamlıq Mərkəzinin təhsil-təlim komitəsinin sədri t.ü.f.d. Vüsal Hacıyevin təşkilatçılığı ilə baş tutan seminarda müasir yanaşmalar haqqında mühazirələr müzakirə olunaraq, iştirakçıların günümüzdə bu xəstəliklərin aktuallığı, səbəbləri və müalicə üsulları haqqında verilən sualları cavablandırıldı. Biz də öz növbəmizdə gənc həmkarlarımıza uğurlar və müvəffəqiyyətlər arzru edirik. Baş tutan seminardan görüntüləri Sizlərə təqdim edirik. aia.az Geri dön |