Ana Sayfa > Gündəm > "Azərsığorta"nın lisenziyası ləğv edildi

"Azərsığorta"nın lisenziyası ləğv edildi


16-02-2024, 09:40. Yazar: sevinc1
"Azərsığorta"nın lisenziyası ləğv edildi

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 yanvar 2024-cü il tarixli Fərman imzalanıb.

aia.az xəbər verir ki, qeyd edilən Fərman əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv edilib.

aia.az
Geri dön