Ana Sayfa > Manşet / Siyasət > "Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı B planı var" -

"Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı B planı var" -


15-02-2024, 11:03. Yazar: sevinc1
"Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı B planı var" -

"Bəzi Avropa İttifaqı rəsmilərinin Azərbaycan ekspansionizmi ilə bağlı iddiaları əsassızdır".

aia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Brussels Signal"a müsahibəsində deyib.

Rəsmi Avropa İttifaqı diplomatiyasının rəhbəri Borrelin Azərbaycana qarşı bəyanatlarını reallığı əks etdirməyən kimi qiymətləndirib: "Mən fürsətdən istifadə edərək bu iddiaları tamamilə rədd edirəm. Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur. İcazə verin, sizi yeni terminologiyaya əməl etməyə dəvət edim, bu gün Azərbaycanın Qarabağ bölgəsi var, ona görə də Dağlıq Qarabağ köhnəlmiş və işlək olmayan bir addır".

Diplomat Zəngəzur dəhlizi ilə bağlı suala belə cavab verib: "Azərbaycan tərəfi dəfələrlə açıq şəkildə bəyan edib ki, ölkəmizin iki hissəsi arasında rabitə əlaqəsini bərpa etmək istəyimizdə biz bunu Ermənistanın ərazisini zəbt etmək yolu ilə təmin olunmasını düşünmürük. Biz bu rabitə xəttinin bərpa olunmasının tərəfdarıyıq və bu bağlantı sovetlər dövründə mövcud idi. Dediyimiz sadəcə odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Öhdəliklərdən biri 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli atəşkəs sazişindən irəli gəlir. Onlar Azərbaycanın iki hissəsi arasında bu əlaqəni təmin etməyə razılaşıblar. Çünki bu yolla bu Naxçıvan Muxtar Respublikasının təcrid vəziyyətinə son qoyulmuş olacaq. Bununla belə, bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Biz bu dəhlizi hərbi yolla ələ keçirmək istəmirik. Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki hissəsi arasında bağlantı deyil, həm də bu, orta dəhlizin alternativ marşrutuna çevrilə bilər. Fikir verin, bu gün Ermənistan istənilən regional iqtisadi layihədən tamamilə təcrid olunub. O, Azərbaycanla münaqişəsi və Türkiyə ilə həll olunmamış problemlərinə görə tamamilə oyundan kənardır. Sülhdən Ermənistan da faydalana bilər. Ancaq bunun faydalarını dərk etmək istəmirlərsə, biz buna təkan verməyəcəyik".

Əmirbəyov Azərbaycanın B planının olduğunu da istisna etmətyib: "Bunun üçün bizim B planımız var. Əgər Ermənistan bu əlaqənin öz ərazisindən keçməsini istəmirsə, və təklifimizin bəhrəsini dərk etmək iqtidarında deyilsə, biz Naxçıvanla nəqliyyat bağlantısını İran vasitəsilə həyata keçirməyə hazırıq. Biz İran tərəfi ilə bu barədə danışıqlara artıq çoxdan başlamışıq".

aia.az
Geri dön