Ana Sayfa > Özəl / İdman > Peşəkar kikboksinq üzrə Xocalı Kuboku yarışı keçiriləcək

Peşəkar kikboksinq üzrə Xocalı Kuboku yarışı keçiriləcək


14-02-2024, 22:38. Yazar: sevinc1
Peşəkar kikboksinq üzrə Xocalı Kuboku yarışı keçiriləcək

18 fevral 2024-cü il tarixində Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyasi, “Xocalı” idman klubu ve “Xocali Global Promotion”un birgə təşkilatçılığı ilə kikboksinq idman növü üzrə “Xocalıya ədalət” şüarı altında Xocalı Kuboku yarışı və Qala gecəsi keçiriləcək. Peşəkarlar arasında keçiriləcək yarışda ölkənin ən tanınmış kikboksçuları mübarizə aparacaqlar.

aia.az xəbər verir ki, yarışın əsas favoritlərindən biri 60 kq çəki dərəcəsində çıxış edən “Alis” idman klubunun təmsilçisi Mədət İbrahimovdur. Favorit idmançının məşqçisi İslam Novruzov mətbuata verdiyi açıqlamasında bildirib ki, onlar bu yarışa ən ciddi şəkildə hazırlaşıblar və ən yüksək nəticəyə imza atmağa hazırdırlar.

Qeyd edək ki, Mədət İbrahimov peşəkar karyerasına bu ildən başlayıb və indiyədək bir yarış keçirib. Həmin görüşdə idmançı öz rəqibinə ilk raundda nokautla qalib gəlmişdi. Təşkilatçıların və yarış menecerlərinin diqqət mərkəzində olan Mədət İbrahimov qarşıdan gələn Xocalı Kubokuna da son dərəcə iddialıdır. Biz də idmançımıza həmin yarışda ən yüksək nəticələr arzulayırıq.





Geri dön