Ana Sayfa > Özəl > Peskov: "Putin prezident seçkilərindən əvvəl Türkiyəyə səfər edə bilər

Peskov: "Putin prezident seçkilərindən əvvəl Türkiyəyə səfər edə bilər


14-02-2024, 19:49. Yazar: sevinc1
Peskov: "Putin prezident seçkilərindən əvvəl Türkiyəyə səfər edə bilər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin yaxın gələcəkdə - prezident seçkiləri öncəsi Türkiyəyə səfər edə bilər. Bu barədə Life xəbər yayıb.Eyni zamanda, Peskov vurğulayıb ki, Putinin Türkiyəyə səfərinin dəqiq tarixləri hələ müəyyən edilməyib.

“Biz bu səfərə hazırlaşırıq, tarixlər hələ müəyyən edilməyib. Biz bunun yaxın gələcəkdə baş tutacağını gözləyirik. Biz istisna etmirik (səfər Rusiyada prezident seçkiləri öncəsi baş tutacaq - redaktorun qeydi", - o bildirib.

Daha əvvəl Peskov bildirib ki, Rusiya ordusuna aid saxtakarlıqlara görə əmlakın müsadirəsi haqqında yeni qanunun sovet qanunvericiliyi ilə heç bir əlaqəsi yoxdur.

aia.az
Tərcümə şöbəsi
Geri dön