Ana Sayfa > Seçki 2024 > Bu dəfə sahibkarlarla görüşdə elm və din xadimlərinin müraciətləri dinlənildi

Bu dəfə sahibkarlarla görüşdə elm və din xadimlərinin müraciətləri dinlənildi


14-02-2024, 15:30. Yazar: sevinc1
Bu dəfə sahibkarlarla görüşdə elm və din xadimlərinin müraciətləri dinlənildi

Masallı rayonunda təşkil olunan "Səyyar qəbul otağı"nda cəmi 7 müraciət ünvanlanıb. Müraciətlərdən 3-ü məscid, 4-ü isə məktəblə bağlı olub. Elm və din adamlarının istəkləri isə eyniyönümlü - məktəb və məscidlərin qazlaşdırılması olub. Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavinin də iştirak etdiyi aksiyada ünvanlanan müraciətlərə ətraflı şəkildə izahatlar verilib. Sonda KOBİA-nın nümayəndəsi mikrofon önünə keçərək aksiyanın müsbət tərəflərindən danışıb, hər zaman sahibkarların diqqət mərkəzində olduğunu bildirib. Lənkəran RQİİ-nin rəhbər şəxsləri bəzi müraciətlərin yerində baxılmasına qərar verərək qeydiyyat aparıblar.
Geri dön