Ana Sayfa > Özəl > Fransa zorakılıq edən israilli köçkünlərə viza verməkdən imtina edəcək
Fransa zorakılıq edən israilli köçkünlərə viza verməkdən imtina edəcək14-02-2024, 13:47. Yazar: sevinc1 |
Fransa işğal olunmuş torpaqlarda sionistlərin fələstinlilərə qarşı hücumlarının artması fonunda zorakılıq edən israilli məskunlaşmaçılara viza verilməməsi qərarını açıqlayıb. Fransa Xarici İşlər Nazirliyi çərşənbə axşamı günü bildirib ki, Fransa hökuməti işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə hücum etdikləri üçün 28 israilli mühacirin ölkəyə girişini qadağan edəcək. “Bu tədbirlər son aylarda Fələstin əhalisinə qarşı məskunlaşanların zorakılıqlarının artdığı bir vaxta təsadüf edir. Fransa bu qəbuledilməz zorakılığı qətiyyətlə pislədiyini bir daha təsdiqləyir”, - nazirlik şəxslərin adlarını çəkmədən açıqlamasında bildirib. Bu arada, BMT-nin rəqəmləri İsrail rejiminin Qəzzaya qarşı soyqırım müharibəsinə başladığı 7 oktyabrdan bəri İsraillilərin hücumlarının hər gün iki dəfədən çox artdığını göstərir. Həmçinin, Avropa rəsmiləri İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumların sayının artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Birləşmiş Ştatlar və Britaniya rəsmiləri də oxşar narahatlıqlarını dilə gətiriblər və artıq zorakılıqlara görə məsuliyyət daşıdığını dedikləri bir neçə sionist məskunlaşana qarşı sanksiyalar tətbiq ediblər. Bununla əlaqədar olaraq, Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Josep Borrell keçən ilin sonunda zorakılıq edən İsrail qüvvələrinə qarşı viza qadağası təklif edəcəyinə söz verdi. aia.az tərcümə şöbəsi Geri dön |