Ana Sayfa > İqtisadiyyat > Dövlət ipoteka kreditləşməsi 65 dəfədən çox azalıb

Dövlət ipoteka kreditləşməsi 65 dəfədən çox azalıb


5-10-2016, 12:09. Yazar: admin


Bu ilin yanvar-avqust aylarında “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları dövlət xətti ilə 1,1 milyon manat ipoteka krediti verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 dəfə azdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər veririk.

Son 1 ildə ipoteka kreditlərinin orta məbləği 0,45% və yaxud 183 manat artaraq 40 min 883 manat, kreditlərin orta müddəti sabit qalaraq 280 ay (23 il 4 ay), kreditin orta illik faiz dərəcəsi 0,02% bəndi azalaraq 6,7%, kreditlərə görə aylıq ödənişin məbləği isə 0,54% və yaxud 1,6 manat azalaraq 295,9 manat olub.
Geri dön