Ana Sayfa > Manşet / Siyasət > Qalib elan edilən İlham Əliyev 3 gün ərzində and içəcək
Qalib elan edilən İlham Əliyev 3 gün ərzində and içəcək13-02-2024, 13:40. Yazar: sevinc1 |
Bu gün Konstitusiya Məhkəməsi 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib. aia.az-ın xəbərinə görə, Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. aia.az Geri dön |