Ana Sayfa > Seçki 2024 > Soyadları kimi istəkləri də eyni olan Burzubənd kənd sakinləri “Açıq mikrofon”da

Soyadları kimi istəkləri də eyni olan Burzubənd kənd sakinləri “Açıq mikrofon”da


12-02-2024, 19:27. Yazar: sevinc1
Soyadları kimi istəkləri də eyni olan Burzubənd kənd sakinləri “Açıq mikrofon”da

Zakir, İslam, Şamil və Ağakişi Əliyevləri birləşdirən səbəb tək soyadlarının eyniliyi deyil. Adları çəkilən Burzubənd kəndinin sakinlərinin ortaq cəhəti, həm də müraciətlərinin eyniyönümlü olmasıdır. Astara rayonunun Burzubənd kəndinin mavi yanacaqla təmin olunması istəyi Mircavad Eynullayevin də müraciətində öz əksini tapıb. Bir kəndin sakinləri adından ünvanlanan 5 müraciət Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.
Geri dön