Ana Sayfa > İqtisadiyyat > Azad edilmiş ərazilərdə tikinti işlərinə yönəldilən vəsait artıb -
Azad edilmiş ərazilərdə tikinti işlərinə yönəldilən vəsait artıb -12-02-2024, 15:14. Yazar: sevinc1 |
2023-cü ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 5 milyard 984 milyon 157 min manat vəsait sərf edilib. aia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən illə müqayisədə 53.9% və ya 2 milyard 96 milyon 385 min manat çoxdur. Belə ki, 2022-ci ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 887 milyon 771 min manat vəsait yönəldilib. Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci illə müqayisədə Xocalıda 2056 dəfə, Laçında 5.4 dəfə, Kəlbəcərdə 2.2 dəfə, Ağdamda 76.6%, Qubadlıda isə 63.5% artırılıb. Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 1 mlrd. 502.3 mln. manat), Kəlbəcər ( 874.2 mln. manat) və Füzuli ( 657.6 mln. manat) rayonlarına ayrılıb. aia.az Geri dön |