Ana Sayfa > Ölkə > Ağdamda evin zirzəmisindən silah-sursat tapıldı

Ağdamda evin zirzəmisindən silah-sursat tapıldı


12-02-2024, 12:20. Yazar: sevinc1
Ağdamda evin zirzəmisindən silah-sursat tapıldı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

aia.az
Geri dön