Ana Sayfa > Seçilənlər-7 > Əhali kredit kartından sürətlə imtina edir

Əhali kredit kartından sürətlə imtina edir


5-10-2016, 11:30. Yazar: admin



2016-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə ödəniş kartlarının sayı 158 min ədəd azalaraq 5 milyon 270 min ədədə düşüb.

Ilin əvvəlindən ödəniş kartları 389 min ədəd, ötən ilin iyun ayından bəri isə 818 min ədəd azalıb. Qeyd edək ki, 2015-ci ilin iyun ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə qalxmışdı.

Avqustda sosial kartlar 134 min ədəd azalaraq 2 milyon 363 min ədədə, kredit kartları 16 min ədəd azalaraq 728 min ədədə, debet kartları 13 min ədəd azalaraq 648 min ədədə düşüb. Əməkhaqqı kartları isə 5 min ədəd artaq 1 milyon 531 min ədədə yüksəlib.

2015-ci ilin yanvar ayında kredit kartlarının sayı 1 milyon 322 min ədədə qalxmışdı. Ötən müddət ərzində kredit kartlarının sayı 594 min ədəd azalıb. Təkcə 2016-cı ilin 8 ayı ərzində kredit kartlarının sayı 282 min ədəd azalıb. Ötən ilin 8 ayında kredit kartlarının sayı 141 min ədəd azalmışdı.

Qeyd edək ki, kredit şərtləri sərtləşdirildikdən sonra kredit kartları almaq çətinləşib və ya bir sıra banklar ümumiyyətlə kredit kartı satmırlar.
Geri dön