Ana Sayfa > Ölkə > Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanıldı


12-02-2024, 10:02. Yazar: sevinc1
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanıldı

10-11 fevral tarixlərində ölkə ərazisində qeydə alınan 84, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

aia.az
Geri dön