Ana Sayfa > Parlament > 6300-dən çox qaz cihazlarının qazla təminatı niyə dayandırıldı? Səbəb və cavabları “Açıq qapı”da

6300-dən çox qaz cihazlarının qazla təminatı niyə dayandırıldı? Səbəb və cavabları “Açıq qapı”da


9-02-2024, 15:04. Yazar: sevinc1
6300-dən çox qaz cihazlarının qazla təminatı niyə dayandırıldı? Səbəb və cavabları “Açıq qapı”da

SOCAR-ın “Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırıblar. İlkin Behbudov texniki müayinələrdəki son vəziyyət haqqında danışarkən bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq yanvar ayından bugünədək 150 000-ə qədər evdə müayinələr aparılıb.
Şöbə rəisi texniki müayinələr zamanı tərtib edilən aktların əksəriyyətində nöqsanların aşkarlandığını qeyd edib ki, bunlar da evlərdə qaz xətlərinin görünməyən yerlərdən çəkilişi, mətbəxin yerinin dəyişdirilməsi, tüstü bacaların işlək olmaması və vanna otaqlarında qapıların düzgün quraşdırılmaması kimi məsələləri əhatə edir. İlkin Beybudov, həmçinin vurğulayıb ki, ölkə üzrə qeyri-standartlara cavab verən və ya istifadə müddəti bitmiş 6300-dən çox cihazın qazla təminatı dayandırılıb.
Aksiyada çıxış edən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev texniki müayinələrin məhz abonentlərin təhlükəsizliyinə hesablandığını bildirib. Şöbə rəisi texniki müayinələrin cari ilin noyabr ayınadək aparılacağını və ölkə üzrə bütün abonentləri əhatə edəcəyini qeyd edib.
Aksiyanın 2-ci hissəsi sual-cavabla davam edib.
Geri dön