Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda 3 qardaş ər və arvadı küçədə döydü

Bakıda 3 qardaş ər və arvadı küçədə döydü


6-09-2015, 13:06. Yazar: admin
Bakıda 3 qardaş ər və arvadı küçədə döydü
Qadın bıçaqlanıb.

Bakının Qaradağ rayununda üç qardaş birlikdə ər və arvadı döyüblər.

Aia.az musavat.com-a istinadən xəbər verir ki, rayonun Qızıldaş qəsəbəsində 3 qardaş yolda ər və arvadı döyüblər. Qadın əl və ayağından bıçaq zərbələri alıb.

Hadisəni törədənlər qəsəbə sakinləri Mehman, Rövşən və Rəhman Alıyev qardaşları olub.

Onlar xuliqanlıq zəminində 1979-cu il təvəllüdlü Şəadət Mahmudovu və onun arvadı 1986-cı il təvəllüdlü Ülkər İldırımı döyüblər. Onlar Ü.İldırımı əl və ayağından bıçaqla vurublar. Hadisə nəticəsində ər və arvad xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisəni törədən qardaşlar saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön