Ana Sayfa > Şou-biznes / Manşet > ABŞ-da naməlum şəxslər istirahət edənlərə hücum ediblər

ABŞ-da naməlum şəxslər istirahət edənlərə hücum ediblər


21-06-2015, 08:41. Yazar: admin

1 nəfər ölüb, ən azı 16 nəfər yaralanıb.

ABŞ-ın iki ştatında təxminən eyni vaxtda naməlum şəxslər insanlara silahlı hücum ediblər. 1 nəfər ölüb, ən azı 16 nəfər yaralanıb.

Aia.az -ın xarici KİV-ə istinadən xəbər verir ki, Pensilvaniya ştatının Filadelfiya şəhərində şənlik zamanı naməlum şəxs yeddi nəfəri güllələyib. Yaralananların ikisi uşaqdır.

Hadisə şahidləri bildirib ki, silahlı şəxs küçədə ikən qarşısına çıxanlara atəş açmağa başlayıb.

Hadisə nəticəsində yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Digər hadisə isə Miçiqan ştatının Detroyd şəyərində baş verib. Detroit Free Press yazır ki, iyunun 20-si axşam saatlarında basketbol meydançasında naməlum şəxs insanlara atəş açıb. Onlarla insan yaralanıb, 1 nəfər isə ölüb.
Geri dön