Ana Sayfa > Karusel / Dünya > Türkiyə Silahlı Qüvvələrinə qarşı terror planlaşdıran şəxs saxlanıldı

Türkiyə Silahlı Qüvvələrinə qarşı terror planlaşdıran şəxs saxlanıldı


9-02-2024, 10:42. Yazar: sevinc1
Türkiyə Silahlı Qüvvələrinə qarşı terror planlaşdıran şəxs saxlanıldı

Türkiyə Silahlı Qüvvələri (TSK) və Suriya Milli Ordusu (SMO) qüvvələrinə qarşı əməliyyata hazırlaşan PKK/ YPG terrorçusu Ahmet Əl Hac Ömər saxlanılıb.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.

Bildirilir ki, terrorçu MİT-in keçirdiyi əməliyyatda ələ keçirilib. Məlumata görə, terror təşkilatı tərəfindən bomba qurğularının istifadəsi və sui-qəsdlər mövzusunda təlim keçən terrorçu Ömərin 2022-2023-cü illər arasında Mənbic və ətrafına əldəqayırma partlayıcı (PİP) daşıdığı müəyyən edilib.

aia.az
Geri dön