Ana Sayfa > Manşet / Siyasət > Albaniyanın Baş naziri İlham Əliyevi təbrik etdi

Albaniyanın Baş naziri İlham Əliyevi təbrik etdi


9-02-2024, 09:44. Yazar: sevinc1
Albaniyanın Baş naziri İlham Əliyevi təbrik etdi

Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

aia.az xəbər verir ki, Edi Rama “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Əziz dostum İlham Əliyevə dost Azərbaycanın şəksiz lideri olmasının bir daha təsdiqlənməsi münasibətilə səmimi təbriklərimi çatdırıram. Çalışqan xalqı olan Azərbaycan sevimli ölkədir və onun rəhbərliyi ilə daha da irəliləyəcək. Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm”.

aia.az
Geri dön