Ana Sayfa > Özəl > Senator Klimov: Ukraynanın SSRİ-nin xarici aktivlərinə iddiaları hüquqi cəhətdən etibarsızdır
Senator Klimov: Ukraynanın SSRİ-nin xarici aktivlərinə iddiaları hüquqi cəhətdən etibarsızdır8-02-2024, 13:42. Yazar: sevinc1 |
Ukraynanın SSRİ-nin mülkiyyətinə dair iddiaları hüquqi cəhətdən etibarsızdır, çünki Rusiya İttifaq respublikalarının borclarını öz üzərinə götürüb və yalnız onun sovet aktivləri üzərində hüququ var. Buna baxmayaraq, Moskva rahatlamamalıdır, çünki əmlakın müsadirə edilməsi cəhdləri davam edəcək. Bu barədə VZQLYAD qəzetinə senator Andrey Klimov məlumat verib. Əvvəllər Ukrayna SSRİ-nin xarici aktivlərinin “öz” hissəsini qaytarmaq istəyirdi. “Hüquqi baxımdan Ukraynanın sovet aktivlərinə iddiaları etibarsızdır. Rusiyanın SSRİ-nin mülkiyyətində tam hüququ var, çünki o, İttifaqın tərkibində olan bütün respublikaların, o cümlədən Ukrayna SSR və Baltikyanı ölkələrin borclarını ödəyib. Lakin Moskva heç vaxt bu ölkələrdən heç bir təşəkkür almayıb”, - senator Andrey Klimov bildirib.Rusiya və Ukrayna hökumətləri arasında 1994-cü il dekabrın 9-da imzalanmış sazişə uyğun olaraq, Rusiya Federasiyası xarici borc və aktivlər, o cümlədən xarici əmlak baxımından keçmiş SSRİ-nin hüquqi varisi kimi müəyyən edilmişdir. Sənəddə müəyyən edilib ki, borcun 16,37%-i və ya 12,1 milyard dolları Ukraynanın payına düşür. aia.az Tərcümə şöbəsi Geri dön |