Ana Sayfa > Ölkə > Səs verməyə gələn kişi seçki məntəqəsində öldü

Səs verməyə gələn kişi seçki məntəqəsində öldü


8-02-2024, 09:44. Yazar: sevinc1
Səs verməyə gələn kişi seçki məntəqəsində öldü

Fevralın 7-də Kürdəmir rayonunda növbədənkənar prezident seçkilərində səs vermək üçün gələn vətəndaş məntəqədə ölüb.

aia.az xəbər verir ki, rayonun Carlı kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov Carlı kənd orta məktəbinin binasında yerləşən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs vermək üçün gəldiyi vaxt məntəqədə ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

aia.az
Geri dön