Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev 92,1% səslə qələbə qazandı -
İlham Əliyev 92,1% səslə qələbə qazandı -8-02-2024, 09:00. Yazar: sevinc1 |
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində məntəqələrin 54.47 faizindən alınmış məlumatların nəticələrini açıqlayıb. aia.az xəbər verir ki, mətbuat konfransında bu barədə məlumat verən Məzahir Pənahov deyib: “Bu gün Azərbaycanda 125 seçki dairəsinin hamısında seçkilər baş tutub. İndiyədək Mərkəzi Seçki Komissiyasına 6537 məntəqənin 3561-dən, yəni, 54.47 faizdən daxil olmuş məlumatlara əsasən İlham Əliyev 92.1 faiz səs toplayıb. Etibarlı sayılmış 2 milyon 711 min 804 səsin hesablanmasından sonra Əliyev İlham Heydər oğlu 2 milyon 497 min 542 səs (etibarlı səslərin 92.1 faizi) toplayıb və böyük fərqlə liderlik edir. Yerdə qalan səslər digər namizədlər arasında belə bölünüb: Oruc Zahid Məhərrəm oğlu – 59 min 719 səs (2.2 faiz); Mustafa Fazil Qəzənfər oğlu-53 min 986 səs( 1.99) Həsənquliyev Qüdrət Müzəffər oğlu – 48 min 315 səs (1.78 faiz); Nurullayev Razi Qulaməli oğlu 21 min 406 səs(0.79 faiz); Musayev Elşad Nəbi oğlu 17 min 855 səs (0.66 faiz); Əliyev Fuad Ağasi 12 min 981 səs( 0.48 faiz). *** Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. aia.az xəbər verir ki, seçkilərin ilkin nəticələri aşağıdakı kimidir: İlham Əliyev 92.1 faiz Zahid Oruc 2.2 faiz Fazil Mustafa 1.99 faiz Qüdrət Həsənquliyev 1.78 faiz Razi Nurullayev 0.79 faiz Elşad Musayev 0.66 faiz Fuad Əliyev 0.48 faiz. *** 23:18 Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin rəsmi nəticəsi elan edilir. aia.az xəbər verir ki, nəticələri MSK sədri Məzahir Pənahov elan edir. Nəticələrə görə, İlham Əliyev 2 milyon 497 min 542 (92,1%) səslə növbədənkənar prezident seçkilərinin qalibi olub. aia.az Geri dön |