Ana Sayfa > Gündəm > Dövlət və hökumət rəsmiləri səs verir - FOTOLAR
Dövlət və hökumət rəsmiləri səs verir - FOTOLAR7-02-2024, 11:22. Yazar: sevinc1 |
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. aia.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri də səsvermə hüququndan istifadə edib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib. Baş nazir Əli Əsədov isə 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib. Baş nazirin I müavini Yaqub Eyyubov prezident seçkilərində səsvermə hüququndan istifadə edib. O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib. Energetika naziri Pərviz Şahbazov 7 saylı Səbail Seçki Dairəsinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində yerləşən 12 saylı seçki məntəqəsində səs verib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib. O, 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov Şuşadakı seçki məntəqəsində səs verib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. Baş nazirin müavini Şahin Mustafayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib. O, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səs verib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib. Azərbaycanın maliyyə naziri Samir Şərifov 5 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib. Geri dön |