Ana Sayfa > Özəl / İdman > “Qaraçöp” İK yeni filialını açdı

“Qaraçöp” İK yeni filialını açdı


6-02-2024, 16:38. Yazar: sevinc1
“Qaraçöp” İK yeni filialını açdı

Bakıda “Qaracöp” İdman Klubunun yeni zalı fəaliyyətə başlayıb. Zalda kikboksinq üzrə məşqlər klubun rəhbəri, peşəkar məşqçi Asim İsmayılov tərəfindən aparılır. Qeyd edək ki, klubun yetirmələri arasında respublika çempionları, müxtəlif beynəlxalq yarış və turnirlərin qalibləri, dünya və Avropa çempionatlarının mükafatçıları vardır.

Klubun yeni zalının ünvanı: metronun “Neftçilər” stansiyasının çıxışında, “Golden” idman zalı. Məşqlər həftənin 2-ci, 4-cü və 6-cı günləri saat 20:30-dan, 23:00-dək keçiriləcək. İdmanın döyüş növlərinə həvəsi olan, 6 yaşdan yuxarı oğlan və qızlar (valideynləri) müraciət edə bilərlər. Əlaqə telefonu 0557513797

Asim İsmayılovun rəhbərliyi ilə klubun idmançıları hər ay müxtəlif yarışlarda iştirak edərək, qalib gələnlər beynəlxalq arenalarda güclərini sınamaq imkanı əldə edirlər.








Geri dön