Ana Sayfa > Parlament / Seçilənlər-3 / Aia TV / Karusel > Saxlanılan keçmiş məhkum: Kim istəyər ki, tutulsun... - VİDEO
Saxlanılan keçmiş məhkum: Kim istəyər ki, tutulsun... - VİDEO6-09-2015, 12:49. Yazar: admin |
“Yəqin ki, peşimanam”. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, 39 yaşlı Ələkbər Əziz oğlu Rzayevi saxlayıb. Aia.az Region TV-yə istinadən xəbər verir ki, onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilib. Polis əməkdaşları Ələkbər Rzayevin üzərində narkotik vasitə olması ilə bağlı məlumatı əməliyyat yolu ilə əldə ediblər. Qeyd edək ki, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Ələkbər Rzayev əvvəllər qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma əməlinə görə də məhkum olunub. Ailəli və 2 övlad sahibi olan Ələkbər Rzayev tutduğu əmələ görə peşiman olduğunu etiraf edib: "Yəqin ki, peşimanam. Kim istəyər ki, tutulsun, heç kim tutulacağını fikirləşməz, onu fikirləşsə, eləməz". Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Geri dön |