Ana Sayfa > Özəl > Putinin Ankaraya gözlənilən səfəri zamanı planları üzə çıxıb

Putinin Ankaraya gözlənilən səfəri zamanı planları üzə çıxıb


6-02-2024, 09:21. Yazar: sevinc1
Putinin Ankaraya gözlənilən səfəri zamanı planları üzə çıxıb

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gözlənilən səfəri zamanı Moskvanın Türkiyə dövləti ərazisində təklif etdiyi qaz qovşağı layihəsinin yol xəritəsini müzakirə etmək niyyətindədir, RİA Novosti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasına istinadən xəbər verir. Liderlərin bu məsələ ilə bağlı tapşırıqlarını verəcəkləri qeyd olunur.Qaz qovşağı layihəsi qarşıdan gələn danışıqların enerji gündəliyinin əsas bəndlərindən biridir. “Yol xəritəsi” ilə bağlı işlərin inkişafı liderlərin (Rusiya və Türkiyə. - NEWS.ru) nəzərdən keçirilməsi üçün təklif olunacaq. Açıqlamada deyilir ki, liderlər müvafiq tapşırıqlarını verəcəklər.

aia.az
Tərcümə şöbəsi
Geri dön