Ana Sayfa > Təhsil > BDU-da "ERMƏNİ" dili öyrədiləcək - ƏTRAFLI
BDU-da "ERMƏNİ" dili öyrədiləcək - ƏTRAFLI4-10-2016, 12:08. Yazar: admin |
Oktyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində (BDU) erməni dili kursları təşkil olunacaq. Bu barədə Modern.az-a BDU-nun Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. O bildirib ki, “Düşmənlə öz dilində mübarizə aparaq!” devizinə uyğun olaraq BDU-da hazırlanmış xüsusi proqram əsasında təşkil olunan erməni dili kurslarına qatılmaq istəyənlər üçün yaş məhdudiyyəti yoxdur. “6 aylıq kurslarda iştirak etmək istəyənlər əlavə məlumatlar almaq üçün mərkəzə müraciət edə bilərlər”, - deyə o bildirib. Kurslar həftədə 3 gün axşam saat 18:00-da başlayacaq. Geri dön |