Ana Sayfa > Seçki 2024 > Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini təmin edən Lider

Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini təmin edən Lider


5-02-2024, 17:48. Yazar: sevinc1
Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini təmin edən Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Gədəbəy rayonunun Düzrəsullu, Çayrəsullu və İsalı  kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Rüstəm Rüstəmov, Asəf Qurbanov, Vətən müharibəsinin iştirakçıları Zaur Məmmədov, Zaur Ələkbərov və  başqaları çıxış ediblər.
 Natiqlər seçiciləri xalqımıza qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.

Həmçinin, təşviqat kompaniyası çərçivəsində İsalı kəndində seçicilərlə fərdi görüşlər də keçirilib.  

Geri dön