Ana Sayfa > Siyasət / Özəl / Karusel / Manşet > Əvəzedilməz prezidentimiz naminə
Əvəzedilməz prezidentimiz naminə5-02-2024, 17:45. Yazar: sevinc1 |
“İlham Əliyev müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, dövlətimizin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, işləri, planları İlham Əliyev başa çatdıracaq. Mən ona özüm qədər inanıram!” ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLIYEV Ümummilli liderimiz Heydər Əliyevin davamçısı, layiqli nümayəndəsi, dəyərli prezidentimiz İlham Əliyev Azərbaycanı bu gün dünyaya yenidən qəhrəmanlar diyarı kimi tanıtdırdı. Sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü hamımı üçün ən əsas məsələdir. Var gücü ilə bütün dünyaya meydan oxuyan, siyasi arenada hər zaman sözünü deyən bir prezident kimi İlham Əliyev sabah da Azərbaycanımızı hər yerdə qoruyacaq, hər yerdə inkişafı naminə əlindən gələni edəcəyinə inanırıq. Azərbaycan xalıq üçün heç zaman unudulmayacaq, qəhrəmanlıq salnamələrinin başında duran bir lider kimi İlham Əliyevi dəstəkləmək hamıya şərəfdir. Durmadan çiçəklənən ölkəmizin getdikcə daha çox inkişafı üçün siyasi-iqtisadi aparıcılığı sayəsində ən böyük dünyəvi tədbirlərin ölkəmizdə keçirilməsi getdiyimiz iqtisadi inkişaf yolunun başlanğıcıdır. Azərbaycanı qüdrətli bir dövlətə çevirmək arzusu Heydər Əliyev siyasətinin davamçısı olaraq İlham Əliyevə nəsib oldu. “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” deyən Ulu öndərimiz Heydər Əlyev estafetini götürəndən sonra bu siyasəti layiqli davam etdirərək hər sahədə Azərbaycanın inkişafına sürətlə nail oldu. Bəzən isə bu sürətli inkişafı “bəlkə bir az yavaşıdaq” deyərək daha sürətli bir inkişafa doğru durmadan irəlilədi. Bu irəliləyiş, bu inkişaf, bu gözəllik bizimdir, bizim üçün əlindən gələni edərək canını ölkəmizə fəda edən bir prezident İlham Əliyev Ümummilli liderimiz Heydər Əliyevin bizə bəxş etdiyi dəyərli varisdir və elə bizim dəyişilməz, əvəzedilməz prezidentimizdir və hər zaman da əbədi prezident kimi qalacaqdır. Heç bir seçki, heç bir mübarizə yolu, heç bir döyüş məkanı yoxduki İlham Əliyevin prezidentliyinə əvəz çıxsın. Xalqa ləyaqətlə xidmət edən Cənab İlham Əliyev Azərbaycanın təhsilinin inkişafı üçün çox böyük addımlar ataraq, yeni məktəblər tikdirərək, ali təhsil ocaqlarına maddi-mənəvi dəstək olaraq gənclərimizin ali savadlı olmalarına nail oldu. Dövlət hesabına xarici universitetlərdə oxutdurduğu vətəndaşlarımıza nə qədər böyük miras qoyduğunun şahidiyik. Eləcə də idman sahəsinin inkişafında, hətta qeyri-olimpiya idman növünün də inkişafı üçün idmançılara verdiyi dəstək əvəzedilməzdir. Ölkəmizdə keçirilən ən böyük idman yarışları: tarixdə bir ilk olaraq Bakı -2015 Avropa oyunlarının keçirilməsi, dünyaca məşhur olan Formula 1 yarışları, futbol üzrə dünya çempionatlarının final oyunların keçirilməsi, Avroviziya musiqi yarışması və s. digər festivallar Azərbaycanı dünyaya mədəni, layiqli, dəyərli, qonaqpərvər ölkə kimi tanıtdırdı. “Mən ona özüm qədər inanıram” deyən Ulu öndərimiz bu gün bütöv Azərbaycanı belə inkişaf etmiş görmək üçün İlham Əliyevi xalqımıza miras qoyaraq gələcəkdə daha çox inkişaf, daha çox nailiyyətlər əldə edəcək yeni Azərbaycan yaratdı. Və bu gün Azərbaycan ərazi bütövlüyünə görə, inkişaf etmiş ölkə olduğuna görə cənab prezident İlham Əliyevə minnətdardı. Bu minnətdarlığa qarşıdan gələn seçkidə İlham Əliyevi bütün Azərbaycan dəstəkləyəcək və “KƏNARA ÇƏKİLİN QƏHRƏMAN ƏBƏDİ PREZİDENTİMİZ İLHAM ƏLİYEV GƏLİR!” deyəcək. Əziz təhsil işçiləri, əziz idmançılar, əziz xalqım! Hamınızın İlham Əliyevi dəstəkləyəcəyinə inanıram və hamınızı Azərbaycanın dayanmadan inkişafı üçün, irəliləməsi üçün əbədi prezidentimizə səs verməyə çağırıram! Yaşasın Azərbaycan, Yaşasın cənab prezidentimi İlham Əliyev! Azərbaycan Dövlət İqtisad Universitetinin EFTİED Elmi fəaliyyətin təşkili şöbəsinin böyük mütəxəssisi, Azərbaycan və Avropa Universal Döyüş Federasiyalarının baş katibi Aydın Seyfulla oğlu Abdullazadə Geri dön |