Ana Sayfa > Seçki 2024 > Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi


5-02-2024, 16:47. Yazar: sevinc1
Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Qazax rayonunun Aslanbəyli kəndində seçicilərlə görüş keçirildi.

Görüşdə 400 nəfər seçici iştirak edirdi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA - da Azərbaycan nümayəndə heyətinin rəhbəri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov, təşviqat qrupunun üzvləri İsgəndər Qurbanov, Akif Əmirov, Sevda Həsənova, Elxan Abdullayev, Qədir Əfəndiyev, Kazım Kazımlı, Pəri İbrahimova çıxış etdilər.

Natiqlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin prezidentliyi dövründə müstəqil ölkəmizin əldə etdiyi uğurlardan, bütün sahələrdə qazanılan qələbələrdən ətraflı danışdılar.  Azərbaycana möhtəşəm Zəfərlər, qələbələr bəxş edən Liderə - İlham Əliyev cənablarına inam və etimadın sonsuz olduğunu xüsusi vurğuladılar. Əminliklə bildirdilər ki, növbədənkənar prezident seçkilərinə
“Qalib xalqın qalib Lideri” şüarı ilə gedən Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, bu tarixi seçkilərdə də parlaq və inamlı qələbə qazanacaqdır.
Sonda təşviqat qrupunun üzvləri seçiciləri hər bir azərbaycanlının prezidenti olan, dünya şöhrətli siyasətçi, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.
Geri dön