Ana Sayfa > Karusel / Gündəm > Tərtərdə daha bir şəxs

Tərtərdə daha bir şəxs


5-02-2024, 12:24. Yazar: sevinc1
Tərtərdə daha bir şəxs

Tərtər rayonunda mina partlayışı baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a bildirilib ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

aia.az
Geri dön