Ana Sayfa > Özəl > ABŞ-ın sanksiyaları Rusiya-Türkiyə bankının yaradılması ideyasını canlandırıb
ABŞ-ın sanksiyaları Rusiya-Türkiyə bankının yaradılması ideyasını canlandırıb5-02-2024, 09:56. Yazar: sevinc1 |
Rusiya və Türkiyənin hakimiyyət orqanları ABŞ-ın sanksiyalarından irəli gələn ödənişlərlə bağlı problemlərə görə Rusiya-Türkiyə bankının yaradılmasını müzakirə edir. RİA Novosti bu barədə Türkiyənin bank sektorundakı mənbəyə istinadən xəbər verir.RİA Novosti-nin həmsöhbətinin sözlərinə görə, müştərək bankın yaradılması variantı əvvəllər müzakirə olunub və yenidən müzakirə olunur. Müzakirələrdə Rusiya və Türkiyənin müxtəlif idarələri iştirak edir. “Bu məqamlardan biridir. Amma hələlik bu məsələ ilə bağlı heç bir konkretlik yoxdur”, - mənbə vurğulayıb. 2023-cü ilin dekabrında ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaları pozduğuna görə xarici bankların Amerika maliyyə sistemindən kənarlaşdırılmasına icazə verən sərəncam imzalayıb. Yanvar ayında media Türkiyə banklarının Rusiya kredit təşkilatları ilə işləməkdən imtina etməyə başladığını yazmışdı. Bildirilib ki, türk bankları əksər Rusiya bankları ilə müxbir münasibətlərini pozub, həmçinin ödənişlərin işlənməsini dayandırıb. Fevralın əvvəlində bəzi türk bankları Rusiya şirkətlərinin hesablarını bağlayıb və fərdi müştərilər üçün tələbləri sərtləşdirib. Yeni müştərilərdən yüksək hesab balansı saxlamaq tələb olunur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kreml rus şirkətlərinin hesablarının bağlanmasından xəbərdardır, Moskva Ankara ilə problemi müzakirə edir. aia.az Tərcümə şöbəsi Geri dön |