Ana Sayfa > Cəmiyyət > Sumqayıtda partlayış baş verib: Ölən var

Sumqayıtda partlayış baş verib: Ölən var


4-10-2016, 11:51. Yazar: admin

Fövqəladə Hallar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və bir nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:14-də başa çatıb.
Geri dön