Ana Sayfa > Seçki 2024 > Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi


3-02-2024, 12:09. Yazar: sevinc1
Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevral ayının 02-də Qazax rayonunun İkinci Şıxlı kəndində seçicilərlə görüş keçirildi. Görüşdə 403 nəfər seçici iştirak edirdi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Akif Əmirov, Sevda Həsənova, Cavanşir Rüstəmov, Elxan Abdullayev, Müqabil Məmmədov, Səfurə Rəhimova, Xasay Balayev, seçicilərdən Nərminə Kələşova, 86 yaşlı İsmayıl Yusifov çıxış etdilər. Natiqlər təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik siyasətinin hazırda Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin günbəgün növbəti hədəflərinə doğru inamla irəlilədiyini, Ümummilli Liderimizin arzularının zaman – zaman reallığa çevrildiyini, qarşıda xalqımızı daha xoş, firavan gələcəyin gözlədiyini xüsusilə qeyd etdilər. Çıxışlarda böyük əminliklə vurğulandı ki, 7 fevral növbədənkənar prezident seçkilərinə “Qalib xalqın qalib Lideri” şüarı ilə gedən Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, bu tarixi seçkilərdə də parlaq və inamlı qələbə qazanacaqdır.

Sonda natiqlər seçiciləri hər bir azərbaycanlının prezidenti olan, dünya şöhrətli siyasətçi, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatdı.
Geri dön