Ana Sayfa > Dünya > Paşinyandan Mişustinə

Paşinyandan Mişustinə


2-02-2024, 18:00. Yazar: sevinc1
Paşinyandan Mişustinə

Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi Avrasiya İqtisadi İttifaqının inteqrasiyasının gələcək inkişafının prioritetləri əsasən Rusiyanın yanaşmalarına uyğundur və Moskva onların həyata keçirilməsini dəstəkləməyə hazırdır.

aia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.

“Yanvar ayından İttifaq orqanlarında sədrlik funksiyaları Ermənistana verilib. Hörmətli Nikol Vovaeviç, mən erməni həmkarlarıma uğurlar arzulayıram. Biz inteqrasiyanın gələcək inkişafı üçün Sizin təklif etdiyiniz prioritetləri diqqətlə nəzərdən keçirdik. Onlar ardıcıldır və əsasən Rusiya tərəfinin mövqeyi ilə üst-üstə düşür. Təbii ki, biz onların həyata keçirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq”, - Mişustin bildirib.

Almatıda Ermənistanın sədrliyi ilə Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir.

aia.az
Geri dön