Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanda alternativ hərbi xidmətə keçiləcək? -
Azərbaycanda alternativ hərbi xidmətə keçiləcək? -2-02-2024, 13:28. Yazar: sevinc1 |
"Milli Məclisdə alternativ hərbi xidmətlə bağlı məsələnin müzakirə olunması belə bir modelin yaxın perspektivdə tətbiq olunacağını söyləməyə əsas vermir". Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb: "Regionda, Yaxın Şərqdə, o cümlədən Ukraynada davam edən müharibələr fonunda belə modelin tətbiq edilməsi məqsədəuyğun deyil. Alternativ hərbi xidmət modeli nə zamansa tətbiq oluna bilər. Amma ilk növbədə geosiyasi vəziyyət buna imkan verməlidir". Ekspert qeyd edib ki, son günlər alternativ və ödəniş qarşılığında hərbi xidmətdən azad olunma barədə Milli Məclisdə səslənən təkliflər ictimaiyyət arasında çaşqınlıq yaradır: "Bu təkliflər hələ də müharibə şəraitində olan Azərbaycan üçün qəbuledilməzdir. Hərbi xidmət modeli və onun müddəti ilə bağlı təklif səsləndirən zaman regionda və dünyada baş verənləri, 2000 km sərhədlərimizin etibarlı müdafiəsini mütləq nəzərə almalıdırlar. Bizim üçün dövlət təhlükəsizliyi məsələsi əsas prioritetdir". aia.az Geri dön |