Ana Sayfa > İqtisadiyyat > 2023-cü ildə “AzerGold” QSC-nin məşğulluq göstəriciləri artıb

2023-cü ildə “AzerGold” QSC-nin məşğulluq göstəriciləri artıb


2-02-2024, 12:52. Yazar: sevinc1
2023-cü ildə “AzerGold” QSC-nin məşğulluq göstəriciləri artıb

2023-cü ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat və emal işlərini davam etdirdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. Hesabat ilində “AzerGold” və onun törəmə şirkətlərində - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də çalışan əməkdaşların sayı ümumilikdə 16.3% artaraq 989 nəfər (“AzerGold” QSC-də 693 nəfər, törəmə şirkətlərdə 296 nəfər) təşkil edib. Əməkdaşların 52%-i (515 nəfər) ölkəmizin regionlarını, xüsusilə Gəncə, Daşkəsən və Göygöl rayonlarını təmsil edir. Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində podratçı şirkətlərlə bərabər 2000 nəfərdən çox insan üçün daimi iş yeri yaradılıb.
Geri dön