Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rezidentləri mükafatlandırılıb
Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rezidentləri mükafatlandırılıb2-02-2024, 12:50. Yazar: sevinc1 |
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sağlamlığımızın sabahı” adlı həkim rezidentlərin elmi-praktik konfransının qaliblərinə sertifikatlar təqdim olunub. Müsabiqədə müvəffəqiyyət qazanan rezidentlərimiz birdəfəlik pul mükafatları ilə mükafatlandırılıblar. Mərkəzimizdə fəaliyyət göstərən rezidentlərin inkişafına töhvə verən silsilə konfranslar mütəmadi olaraq keçirilir və burada əsas məqsəd həkim rezidentləri elmi tədqiqat fəalliyyətinə cəlb etmək, rezidentura təhsilinin keyfiyyətini artırmaqdır. Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rezidentlərlə görüşündə gənclərin ölkənin həyatında fəal iştirakı, eyni zamanda, fərdi inkişafı baxımından təhsilin əvəzolunmaz rola malik olduğunu diqqətə çatdırıb. Gənclərin cəmiyyətin aparıcı təbəqəsi olduğunu vurğulayaraq, fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində gəncləri səsvermədə fəal iştirak etməyə çağırıb və bildirib ki, seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərini əhatə edəcəyi faktı bu tarixi hadisənin əhəmiyyətini daha da artırır. Sonda Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə gənc həkimlərimizin timsalında bütün Azərbaycan gənclərini təbrik edib və onlara daim gənc ruhlu qalmağı arzulayıb! Geri dön |