Ana Sayfa > Özəl > Müasir Azərbaycan gəncliyinin inkişafında dövlətin rol
Müasir Azərbaycan gəncliyinin inkişafında dövlətin rol1-02-2024, 15:28. Yazar: sevinc1 |
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin əsas istiqamətlərdən biri olan – gənclər siyasətinin əsası qoyuldu. 1994-cü il 26 iyul tarixində ölkədə gənclər, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyi yaradılıdı. Məhz Ümummili Lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə dövlət gənclər siyasəti çərçivəsində Azərbaycan gənclərinin I forumu keçirilmişdi. Forumda müzakirə tribunasında çıxış etmək üçün ölkənin bütün regionlarından iştirak edən gənclərə şərait yaradılmışdır. Daha sonra ənənəyə çevrilərək 9 dəfə keçirilmiş gənclər forumunun məqsədi ölkənin və cəmiyyətin inkişafında gənclərin yaxın iştirakını təmin etmək, ölkənin bütün regionlarda yaşayan gənclər arasında fikir mübadiləsi aparmaqları üçün şəraitin yaradılması idi. Azərbaycan gənclərinin I forumunun ildönümündə Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 1997-ci ildən bu günə qədər 2 fevral Azərbaycan Gəncləri Günü kimi qeyd olunmağa başladı. Ulu Öndərin bu addımı dövlətin gənclərə olan diqqətinin, gənclər siyasətinin dövlətimizin sosialyönümlü siyasətinin əsas istiqaməti olduğunun bariz nümunəsi idi. Beləliklə də, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər günü Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasına Prezident seçildiyi dövrdən gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında davam etdirir. Bütün sahələr üzrə gənclərin inkişafı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Bu dövrlər ərzində Azərbaycan Gəncliyi (2005-2009-cu illər), “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, on ədəd 10000 manat məbləğində təsis olunan bu mükafat bütün istiqamətlər üzrə xüsusi fərqlənən gənclər üçün daha böyük nailiyyətlər əldə etməyə və gənclər arasında rəqabəti artıraraq onların daha çox uğurlar qazanmağa sövq edir. Gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət gənclər siyasətinin ən ümdə vəzifələrindən biridir. Eyni zamanda bu siyasətin əsasında gənclərin azərbaycançılıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyələndirilməsi dayanır. Bunun nəticədir ki, 2020-ci ilin 27 sentyabrda başlamış Vətən Müharibəsində məhz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə yetişən gənclərin fəallığı, ruh yüksəkliyi sayəsində düşmən Müzəffər Ordumuzun qarşısında tab gətirə bilmədi və sonda kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Azərbaycan gəncliyinin hal-hazırda qarşısında duran prioritet vəzifələrdən biri ermənilərin əbədi əzəli torpaqlarımızı işğal altında saxladıqları dövr ərzində törətdiyi vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma-bərpa işlərində aktiv iştirak edərək, həmyerlilərimizin tezlikdə dədə-baba torpaqlarımıza qayıtması mərhələlərinə köməklik göstərməkdir. Yusifova Ülkər, Yeni Azərbaycan Partiyasının gənc fəalı. Geri dön |