Ana Sayfa > Parlament > "Qida zəhərlənmələrindən ölənlərin sayı artır" -
"Qida zəhərlənmələrindən ölənlərin sayı artır" -1-02-2024, 13:03. Yazar: sevinc1 |
"Son zamanlar qida zəhərlənməsi halları çoxalıb. Bu məsələdə statistika düzgün aparılmalıdır". aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib. O bildirib ki, qida zəhərlənmələrindən ölənlərin sayı artmaqdadır: "Bu kimi halların səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verilməlidir”. A.Quliyev eyni zamanda ki, AQTA tək qidanın təhlükəsizliyinə yox, eləcə də keyfiyyət məsləsinə də fikir verməlidir: “Bu gün bazarda keyfiyyəti aşağı və təhlükəli qida məhsulları satılır. Bundan başqa, keyfiyyətsiz və təhlükəli qidalar sərhədi keçərək ölkəyə daxil olur. Bu məsələyə ciddi yanaşmaq lazımdır”. aia.az Geri dön |