Ana Sayfa > Dünya > Rusiya Xarkovda xəstəxananı bombaladı

Rusiya Xarkovda xəstəxananı bombaladı


1-02-2024, 11:32. Yazar: sevinc1
Rusiya Xarkovda xəstəxananı bombaladı

Rusiya ordusu Xarkov vilayətinin Bolşoy Burluk kəndində mülki xəstəxananı bombalayıb.

aia.az xəbər verir ki, bu barədə vilayət hərbi idarəsinin rəisi Oleq Sinegubov bildirib.

“38 nəfər təxliyyə edilib, onlardan 5-i müəssisənin işçisidir, 4 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib. Binanın fasadı, pəncərələri və dam örtüyü zədələnib. Nəticələrin aradan qaldırılması davam edir”, - deyə rəsmi izahat verib.

aia.az
Geri dön