Ana Sayfa > Karusel / Ölkə > Vilayət Eyvazov Saatlıda vətəndaşları qəbul edəcək
Vilayət Eyvazov Saatlıda vətəndaşları qəbul edəcək1-02-2024, 09:59. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən fevralın 22-də Saatlı Rayon Polis Şöbəsinin inzibati binasında Sabirabad, Beyləqan, İmişli, Saatlı, Füzuli və Xocavənd şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 21.02.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. aia.az Geri dön |