Ana Sayfa > Siyasət > Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşdü

Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşdü


31-01-2024, 16:43. Yazar: sevinc1
Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşdü

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

Bu barədə aia.az-a Nazirlər Kabinetindən bildirilib.

Verilən xəbərə görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Təhsil sahəsi Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti kimi dəyərləndirilib, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

aia.az
Geri dön