Ana Sayfa > Özəl > Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan AŞPA-ya Azərbaycanın heç bir ehtiyacı yoxdur

Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan AŞPA-ya Azərbaycanın heç bir ehtiyacı yoxdur


31-01-2024, 14:03. Yazar: sevinc1
Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan AŞPA-ya Azərbaycanın heç bir ehtiyacı yoxdur

Ölkəmiz Avropanın bu kimi qeyri-adekvat addımlarına ləyaqətlə, həm də artıqlaması ilə cavab verir
Acı həqiqətdir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) yarandığı gündən regional münaqişələrə ikili standartlarla yanaşıb. Bu isə onun beynəlxalq nüfuzunu davamlı olaraq aşağı salıb. Sözügedən təşkilat xüsusilə uzun illər ərzində Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib. Əvəzində mənasız və heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
Lakin bu ilin yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası ölkəmizə qarşı qərəzli münasibət sərgiləyərək əleyhimizə qətnamə qəbul etdi. Bu təşkilat iddia edir ki, guya ötən il onların missiyalarını Laçın dəhlizinə buraxmamışıq və 7 fevral prezident seçkilərini müşahidə etməyə dəvət etməmişik. Eyni zamanda, guya ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun birgünlük lokal antiterror tədbirlərindən sonra Qarabağda erməni əhalisinin etnik təmizlənməsi həyata keçirilib. Bundan başqa, guya Azərbaycanda «siyasi məhbus»ların sayının gündən- günə artması onları narahat edir.
Məhz onların Azərbaycana qarşı belə ikili standartla yanaşmalarına görə Azərbaycan nümayəndə heyəti yanvarın 24-də bəyanatla çıxış edərək qurumdakı fəaliyyətini qeyri –müəyyən vaxtadək dayandırdı son verdilər. AŞPA-nın bu qərarı ölkəmiz üçün ciddi əhəmiyyət kəsb etmir və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan bu qurumun Qarabağ münaqişəsinin həllinə dəstək verməsi məqsədilə görə Avropa Şurasına üzv olmuşdu. Artıq Azərbaycan bu problemi hərbi yolla özü həll edib
Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan AŞPA-ya Azərbaycanın heç bir ehtiyacı yoxdur.
Bəli, bu gün müxtəlif Avropa platformalarında Azərbaycana qarşı qərəzli müzakirələr aparmaqdadır. Bunun əsas səbəbi odur ki, Azərbaycan öz gücü ilə işğaldakı torpaqlarını azad edib və həmin ərazilərə Böyük Qayıdış başlayıb. Bu isə sanki Avropanı xeyli əndişələndirir. Çünki keçmiş münaqişə vəziyyəti ermənipərəst Avropaya Cənubi Qafqaz regionunda öz mövcudluğunu qoruyub saxlamağa və məkrli maraqlarını təmin etməyə imkan verirdi. Onlar məhz İkinci Qarabağ müharibəsinədək işğalçı, bu gün isə məğlub ölkə həyatını yaşayan Ermənistandan istifadə edərək hələ də Cənubi Qafqazda möhkəmlənmək istəyirlər. Lakin onların bütün bu vandal hərəkətlərinə rəğmən ölkəmiz dimdik ayaqdadır və bizə qarşı atılan bütün qeyri- adekvat addımlara vaxtında, həm də artıqlaması ilə cavab verilir.
Qondarma «dağlıq qarabağ respublikası» özünü buraxdığını elan etdikdən sonra hələ də AŞPA-nın onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Təşkilat Azərbaycan torpaqlarının işğalı dövründə bu qondarma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsi üçün məsuliyyət daşıyır.
Məhz bu cür qərəzli və obyektivlikdən uzaq fəaliyyəti ilə bəzi Avropa ölkələri də nüfuzlarına sarsıdıcı zərbə vurur, erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin əlində oyuncağa çevrildiklərini göstərirlər. AŞPA-nın anti-Azərbaycan və islamofob siyasətinin nəticəsidir ki, bu qurumla ölkəmiz arasında münasibətlər həmişə aşağı səviyyədə olub. Sanki burada təmsil olunan bir sıra deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edirlər. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncənin təzahürüdür.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön