Ana Sayfa > Ölkə > Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı


31-01-2024, 09:38. Yazar: sevinc1
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

aia.az
Geri dön