Ana Sayfa > Özəl > Çexiya prezidenti Ukrayna üzrə danışıqların mümkün şərtlərini açıqlayıb

Çexiya prezidenti Ukrayna üzrə danışıqların mümkün şərtlərini açıqlayıb


30-01-2024, 20:05. Yazar: sevinc1
Çexiya prezidenti Ukrayna üzrə danışıqların mümkün şərtlərini açıqlayıb

Cəbhədə qüvvələr balansı Ukraynada münaqişənin həllinə başlamaq üçün əsas şərt ola bilər. Bu barədə Çexiya Prezidenti Petr Pavel TVN24 telekanalına müsahibəsində bildirib.Pavel Ukraynada sülh danışıqlarının başlanması üçün mümkün şərtlərlə bağlı xəbərləri şərh edib. O vurğulayıb ki, Qərb Kiyevi hücumu məhdudlaşdırmağa və döyüş meydanında məhdud resurslara görə müdafiəyə qalxmağa çağırır.

“Yalnız qüvvələr balansı hər iki tərəfə bundan sonra da uğur qazana bilməyəcəklərini və danışıqların vaxtının yetişdiyini başa düşməyə vadar edə bilər”, - deyə siyasətçi bildirib. Onun fikrincə, bunun üçün Ukraynanı artilleriya, daha uzun mənzilli qanadlı raketlər və F-16 qırıcıları ilə təmin etmək lazımdır.Bundan əvvəl Slovakiyanın müdafiə naziri Robert Kaliniak Ukrayna üçün sülh danışıqlarının aparılmasının vacibliyini bəyan edib. Onun fikrincə, Kiyev Moskva ilə sülh danışıqlarına başlamalıdır, çünki ölkələr həmişə ümumi sərhədə malik olacaqlar.

aia.az
Tərcümə şöbəsi
Geri dön