Ana Sayfa > Karusel / Təhsil > Döyüldüyü deyilən şagirdlə bağlı məktəbdən

Döyüldüyü deyilən şagirdlə bağlı məktəbdən


30-01-2024, 11:09. Yazar: sevinc1
Döyüldüyü deyilən şagirdlə bağlı məktəbdən


Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 saylı tam orta məktəbin 8-ci sinif şagirdinin döyülməsi ilə bağlı məlumat yayılıb.

aia.az xəbər verir ki, məsələ ilə bağlı 75 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya açıqlama verilib.

“Qeyri-dərs günü məktəbdən kənar ərazidə məktəbin VIII sinif şagirdi fiziki və psixoloji təzyiqə məruz qalıb.

Məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub”, - deyə məlumatda bildirilib.

aia.az
Geri dön