Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Moldovalı siyasətçi: Bakıda mənim bütün pulumu əlimdən aldılar

Moldovalı siyasətçi: Bakıda mənim bütün pulumu əlimdən aldılar


6-09-2015, 12:17. Yazar: admin

“Mən şok vəziyyətində idim”.

Moldovalı iş adamı və siyasətçi, həmçinin “Olimpiya” futbol klubunun keçmiş prezidenti Sergey Kiselyev Bakıda qarət olunub.

Aia.az
Report-a xəbər verir ki, bu barədə o, “Moldova.sports” nəşrinə müsahibəsində bildirib.

İş adamı müsahibə zamanı jurnalistin “Sizin ən ağılasığmaz riskiniz necə olub?” sualına belə cavab verib:

“Riskli və ekstremal vəziyyətlər çox olub. Mən gənc olarkən, hərbi xidmətdən sonra şimalda işləyirdim və orada iki ilə 50 min Sovet rublu qazanmışdım. Həmin vaxtlar bu böyük məbləğ idi. Bu pula 3-4 yeni maşın almaq olardı. Evə qayıdarkən Bakıda oldum, orada məni soydular və bütün pullarımı əlimdən aldılar və mən şok vəziyyətində idim. Yadımdadır, itki ilə barışmaq mənim üçün necə çətin idi. Çünki iki il mən mədənqazmada işləmişdim, bu pullar mənə çox böyük zəhmət bahasına başa gəlmişdi. Bir anda isə məni qarət etdilər və hər şeyi əlimdən aldılar”.
Geri dön