Ana Sayfa > Siyasət / Özəl > AŞPA siyasətinin mahiyyəti bilindi
AŞPA siyasətinin mahiyyəti bilindi30-01-2024, 09:43. Yazar: sevinc1 |
![]() AŞPA Nizamnaməsinə görə 46 ölkənin deputatlarından təşkil olunmuş bu qurum Avropa Şurasına üzv olan ölkələrdə insan hüquqlarının qorunması, demokratiyanın təşviqi və qanunun aliliyinin təmin edilməsi kimi məsələləri monitorinq etməli, bu istiqamətlərdə baş verən müsbət təcrübəni yaymalı və neqativ halların aradan qaldırılma¬sı üçün çalışmalıdır. Xüsusilə təşkilata üzv dövlətlərin ərazisində baş verən münaqişələrin aradan qaldırılması üçün tərəflər arasında mövqelərin yaxınlaşmasına və konsensus tapılmasına cəhd göstərməlidir. Məhz buna görə 2001-ci ildə Azərbaycanın AŞPA-ya qəbul olunması ölkəmizdə böyük ruh yüksəkliyi doğurmuşdu. Üzv olduğumuz digər bey¬nəlxalq təşkilatlarla yanaşı AŞPA–dan da gözləntilərimiz Azərbaycan torpaqlarının işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi. Lakin gözləntilərimizin əksinə olaraq Ermənistan–Azərbaycan münaqişəsinin davam etdiyi 35 il ərzində AŞPA bütün hüquqları vəhşicəsinə pozulmuş bir milyon Azərbaycanlının hüquqlarının mü-dafiəsi üçün bir qərar belə qəbul etmədi. Təəssüf ki. işğal olunmuş torpaqları Azərbaycanın öz gücünə azad etməsi, 30 ilə yaxın icra olunmamış BMT TŞ qətnamələrini icra etməsi və bununla da beynəlxalq ədaləti təmin etməsi AŞPA-nı narahat etməyə başladı. İndi AŞPA Azərbaycana qarşı haqsız iradlar irəli sürür və Azərbaycan dövlətini ermənilərin hüquqlarının pozulmasında ittiham edir. Elə bu məqamda “AŞPA nəyə və kimlərə xidmət edir?” sualı ortaya çıxır və AŞPA-nın Avropa siyasətində oynadığı rol bütün çılpaqlığı ilə üzə çıxır. Artıq məlumdur ki, AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Qərəzli və ünvanlı sifarişləri icra edən qurum. Avropa İnsan Hüquqları Məhkəməsi Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır. Əslində isə Avropanı narahat edən məsələ aydındır. Bu quruma üzv olan bəzi dövlətlər Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Etməsinlər. Bu və bunu kimi ərarlardan gündə yüzünü qəbul etsələr də geri dönüş yoxdur və olmayacaqdır. Reallığa gəlincə, Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər və çıxmalıdır. Çünki birtərəfli, qə\rəzli mövqe tutan bir qurumdan ədalət gözləmək özü ədalətsizlikdir və buna görə də Avropa Şurası adlı bir quruma üzv olmağa dəyməz. Bu quruma ödənilən üzvlük haqqına Azərbaycan azad olunmuş ərazlərdə kifayət qədər iş görə bilər. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |