Ana Sayfa > Özəl > CAS Vəliyevanı dörd il müddətinə diskvalifikasiya edib
CAS Vəliyevanı dörd il müddətinə diskvalifikasiya edib29-01-2024, 19:57. Yazar: sevinc1 |
![]() İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanı 4 il müddətinə diskvalifikasiya etmək qərarına gəlib. Səbəb kimi idmançının antidopinq qaydalarını pozması göstərilir. Bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, CAS qərarı qətidir, lakin Vəliyeva hələ də İsveçrə Federal Məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, idmançı CAS tərəfindən prosedur pozuntuları aşkar edildikdə də apellyasiya şikayəti verə bilər. CAS idmançını diskvalifikasiya etməklə yanaşı, 2022-ci il Pekin Olimpiadasını qazandığı üçün Rusiyanı komanda qızılından məhrum etmək qərarına gəlib. “Müəyyən edilib ki, Xanım Vəliyeva Ümumrusiya Antidopinq Qaydalarının 4.1-ci maddəsinə uyğun olaraq antidopinq qayda pozuntusuna yol verib. Vəliyeva 2021-ci il dekabrın 25-dən etibarən dörd il müddətinə vəzifəsindən kənarlaşdırılacaq. Vəliyevanın 25 dekabr 2021-ci il tarixli nəticələri bütün sonrakı nəticələrlə birlikdə ləğv edilir”, - CAS-ın bəyanatında deyilir. Xatırladaq ki, 2021-ci ildə Vəliyevanın dopinq testi zamanı idmançının qanında qadağan olunmuş trimetazidin maddəsinin izləri aşkarlanıb. Bu səbəbdən Vəliyevanın 2022-ci ildə Rusiya çempionatındakı qələbəsi ləğv edilib. aia.az Tərcümə şöbəsi Geri dön |